“Rusiya Belarus əsgərlərinə təlimlər keçməyə başlayıb” - Şoyqu
“Rusiya Belarus əsgərlərinə nüvə raketləri ilə təchiz edilmiş sistemlərin istifadəsi üzrə təlimlər keçməyə başlayıb”.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib. NATO-nun Rusiyaya qarşı mövqeyini gücləndirdiyini vurğulayan Şoyqu bildirib ki, NATO Rusiya və Belarus sərhədləri yaxınlığında hərbi təlim və kəşfiyyat fəaliyyətlərini gücləndirir. Şoyqu NATO-nun həmlələrinə qarşı tədbirlər görüldüyünü bildirib:
"Belarus döyüş təyyarələrinin bəziləri nüvə silahı ilə təchiz edilmiş raketlərdən istifadə etməklə düşmənin obyektlərinə hücum etmək imkanına malikdir. Bundan başqa, Belarus Silahlı Qüvvələrinə "İsgəndər-M" yüksək dəqiqlikli raket kompleksləri gətirilib”.
Bahadur Seyidov