Filippin daha 4 hərbi bazanı ABŞ hərbçilərinin istifadəsinə verdi



 17:42 04.04.2023     325

Filippin daha 4 hərbi bazanı ABŞ hərbçilərinin istifadəsinə verib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama verib. Pentaqondan verilən yazılı açıqlamada bildirilir ki, Filippində “Camilo Osias”, “Camp Melchor Dela Cruz”, “Balabac” adası və “Lal-lo” hava limanı da daxil olmaqla 4 yeni baza Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Müqaviləsinə daxil edilib.

Qeyd edilib ki, əvvəllər Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Müqaviləsinə 5 hərbi baza daxil olub. Yeni qərarla ABŞ hərbçilərinin istifadəsinə verilən hərbi bazaların sayı 9-a çatıb. Qeyd edək ki, bundan əvvəl ABŞ Filippinin müdafiə infrastrukturunu gücləndirmək üçün 82 milyon dollar vəsait ayırmışdı. Vaşinqton Sakit okeanında Çinə qarşı region ölkələrini dəstəkləyir.

Bahadur Seyidov