Qaynı ilə sevgili olmağın sonu dəhşətlə bitdi: "Namusumu təmizlədim"



 18:00 04.04.2023     568

Şanlıurfada qaynı Ferdi B.-ni (41) tapança ilə öldürən və "Namusumu təmizlədim" qışqıran Hülya B. (33) polad jilet geyinərək ədliyyəyə aparılıb.

Demedia.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Paşabağı məhəlləsində baş verib.

Evli və 3 uşaq anası Hülya B. ərinin qardaşı Ferdi B. ilə münasibətdə olub. Əri həbsdə olan Hülya B. sosial mediada nalayiq görüntülərini paylaşmaqla hədələdiyi iddia edilən qaynı ilə görüşmək üçün Diyarbəkirdən Şanlıurfaya gəlib.

Hülya B. görüş yerinə gələn qayını bir müddət mübahisə etdikdən sonra bir-birinin ardınca atəş açaraq öldürüb. Cib telefonu kamerası ilə də qeydə alınan hadisədən sonra 'Namusumu təmizlədim, polisi çağır' dediyi eşidilən Hülya B. xəbərlə hadisə yerinə gələn polis qruplarına təslim olub.

Hülya B. polisin keçirdiyi əməliyyatlardan sonra polad jilet geydirilərək xəstəxanada müayinə olunaraq ədliyyəyə göndərilib.

Digər tərəfdən, ikisi arasında gedən mübarizədən sonra yerə yıxılan qadının əlindən tapançanı almaq istəyərkən Ferdi B. vurulub. Ayağa qalxan qadın bədəninin ön hissəsi maşının altına girən Ferdi B.-nin baş nahiyəsinə növbəti dəfə atəş açıb. Hər saniyə kameraya əks olunan görüntülərdə həmin şəxs ölüb.

Aysun / Demedia.az