Putinlə bağlı ŞOK AÇIQLAMA: "Paranoyakdır..."



 20:33 04.04.2023     443

Rusiyadan qaçan və qərb ölkələrindən birində yaşadığı iddia edilən rus kapitan Putinin şəxsi həyatını rəsmən açıqlayıb.

Demedia.az xəbər verir ki, Putinin qorxusundan telefon və internetdən uzaq qaldığını bildirən kapitan, çox danışılacaq sui-qəsd açıqlaması verib.

Rusiyanın aylardır davam edən Ukraynanı işğalından 1 il ötür. Əvvəllər müharibə rusların gözlədiyi kimi getmirdi. Qısa müddətdə Kiyevə girəcəklərini və idarəni devirəcəklərini düşünən işğalçılar Ukraynada məğlub oldular.

Qərbdən gələn tankların və silahların dəstəyi ilə rus ordusu ilişib qaldı. Putin müharibəni Ukraynanın şərqinə sürükləyib və hələ də cəbhə xəttində döyüşlər gedir. Rusiyanın son ümidi Baxmutdur. Aylardır qarşıdurmaların davam etdiyi şəhəri nəhayət Rusiya ordusu mühasirəyə alıb, bölgənin qısa zamanda əl-ələ verəcəyi gözlənildiyi halda, Ukrayna ordusu şəhəri müdafiə etməyə davam edir.

ABŞ-dan verilən açıqlamada 400 günlük işğal zamanı 220 min rus əsgərinin öldürüldüyü bildirilib. Bu rəqəmə görə, Ukrayna ərazisində hər gün 550 rus əsgəri ölür. ABŞ-ın açıqladığı bu rəqəmlə bağlı Kreml hələlik açıqlama verməyib.

35 yaşlı Qleb Karakulov Rusiyada FGS və ya FSO kimi tanınan Federal Mühafizə Xidmətinin kapitanıdır. Rusiyadan gizlicə qaçan Karakulov bir ildən artıqdır davam edən işğal zamanı Putinin yaşadıqlarından və qorxularından danışıb. Kapitanın iddialarına görə, Putinin ən çox qorxduğu şeylərdən biri də 2020-ci ilin əvvəlində başlayan Kovid-19-dur. İşçilərindən, mühafizəçilərindən və nazirlərindən uzaq bir həyat yaşayan Putinin hələ də şəxsən özünü karantində saxladığı bildirilib.

Aysun / Demedia.az