Dermatomiyozit bədəninizdə bu əlamətlər varsa mütləq həkimə müraciət edin yoxsa... - Video



 12:29 05.04.2023     807

Dermatomiyozit, ilk növbədə dəri və əzələ başda olmaqla, bir çox müxtəlif bədən hissələrinə təsir göstərə bilən nadir iltihablı bir xəstəlikdir. Tədqiqatlar göstərir ki, bu xəstəlik immunitet sisteminin öz toxuma və orqanlarına hücumu nəticəsində baş verən otoimmün xəstəlikdir. Xəstəliyin gedişində baş verən dəri döküntüsü və əzələ zəifliyindən şikayətlər adətən eyni vaxtda başlayır.

Dermatomiyozit həm gənc, həm də yetkin şəxslərə təsir edə bilər. Xəstəliyin yaşa görə dağılımı araşdırıldığında, 40-ın sonu, 60-ın əvvəlində olan fərdlərdə konsentrasiyanın olduğu və bu xəstəliyə daha çox qadın fərdlərdə rast gəlindiyi müəyyən edilmişdir.

Dermatoveneroloq Dr.Şövqü Salahov bədəndə yarana biləcək Dermatomiyozit xəstəliyi barəsində videoda ətraflı məlumat verir.

Dermatoveneroloq Dr.Şövqü Salahov kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ