İsveçin üzvlük prosesi dalana dirənməyib - Stoltenberq



 14:18 05.04.2023     292

“Finlandiyanın NATO-ya üzvlüyü İsveçin təhlükəsizliyini daha da artırdı və İsveçin üzvlük prosesi dalana dirənməyib”.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O Finlandiyanın NATO üzvü kimi iştirak etdiyi ilk toplantı bildirib ki, İsveç də hərbi alyansa qoşula bilər.

“Bir neçə həftə və ya ay ərzində heç bir görüş, daimi təmas olmadı. Müzakirədən sonra biz bu prosesin yenidən başlaması ilə bağlı razılığa gəldik. Bizim Finlandiya, İsveç və Türkiyə ilə NATO-nun mənzil-qərargahında görüşümüz oldu.Yenidən görüşmək barədə razılığa gəldik və daimi məsləhətləşmələr var. Biz İsveçin də üzvlüyünə nail olmaq üçün müxtəlif səviyyələrdə işləməyə davam edirik”.

Bahadur Seyidov