Finlandiyanı NATO-nun 31-ci müttəfiqi kimi salamlamaqdan qürur duyuram - Bayden
“Finlandiyanı NATO-nun 31-ci müttəfiqi kimi salamlamaqdan qürur duyuram”.
Demedia.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden belə açıqlama verib. Finlandiyanın NATO-nun 31-ci üzvü kimi Alyansa daxil olmasını alqışlayan Bayden bununla bağlı yazılı açıqlama verib:
“Mən Finlandiyanı NATO-nun 31-ci müttəfiqi kimi salamlamaqdan qürur duyuram.İsveçi ən qısa zamanda NATO üzvü kimi qarşılamağı səbirsizliklə gözləyirəm. Putin Ukrayna xalqına qarşı amansız təcavüzkar müharibəyə başlayanda o, Avropa və NATO-nu parçalaya biləcəyini düşünürdü. O, yanıldı. Bu gün biz həmişəkindən daha çox birləşmişik və birlikdəyik. NATO ərazisinin hər qarışını müdafiə etməyə və qarşılaşdığımız istənilən problemin öhdəsindən gəlməyə davam edəcəyik”.
Bahadur Seyidov