Ukraynada ordular yerində dayandı



 15:21 05.04.2023     301

Ukraynanın şərqində Rusiya və Ukrayna orduları arasında qarşılıqlı artilleriya hücumlarına baxmayaraq, tərəflər irəliləyişə nail ola bilməyiblər.

Demedia.az xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyindəki mənbə belə məlumat verib. Bildirilib ki, döyüşlərin davam etməsinə baxmayaraq, orduların mövqelərində dəyişiklik olmayıb. İddialara görə, Rusiya ordusu cəbhədə ciddi itkilər verib. Açıqlamaya görə, Ukrayna güclü müdafiə xətti qurduğuna görə, Rusiya ordusunun irəliləməsi asan deyil.

Qeyd edək ki, ABŞ rəhbərliyi Ukraynaya 2 milyard 600 milyon dollarlıq əlavə hərbi yardım edəcəyini açıqlayıb.

Bahadur Seyidov