Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün təhlükə yaradır - Peskov



 17:15 05.04.2023     307

“Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün təhlükə yaradır. Təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şey ediləcək".

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə deyib. O bildirib ki, Rusiya sərhədlərinin təhlükəsizliyi üçün lazımi addımları atacaq.

"Əlbəttə, bu, Avropa qitəsində sabitliyə, təhlükəsizliyə töhfə verməyən hadisədir. Bu, bizim üçün əlavə təhlükə yaradır və bizi bütün təhlükəsizlik sisteminin balanslaşdırılması üçün lazımi tədbirlər görməyə məcbur edir. Bu birdəfəlik tədbir olmadığı üçün bir qədər vaxt aparacaq. Bu, uzun bir proses olacaq, lakin təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şey ediləcək” - Peskov deyib.

Bahadur Seyidov