Avropa Birliyi Məscidül-Əqsada artan gərginlik və zorakılıqdan narahatdır



 17:29 05.04.2023     313

Avropa İttifaqı  İsraildə və işğal olunmuş Fələstin torpaqlarında baş verənləri yaxından izləyir.

Demedia.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sözçülərindən Peter Stano belə deyib. O gündəlik mətbuat konfransında bildirib ki, Avropa Birliyi Məscidül-Əqsada artan gərginlik və zorakılıqdan narahatdır. Peter Stanonun sözlərinə görə, ziyarətgahların tarixi statusunun qorunub saxlanması son dərəcə vacibdir.

Qeyd edək ki, Təravih namazından sonra fanatik yəhudilər Məscidül-Əqsaya basqın etmək barədə çağırışlar səsləndirib. Bundan sonra bir qrup fələstinli Məscidül-Əqsa daxilindəki Qiblə məscidinə sığınıb. Ardınca məscidə basqın edən İsrail qüvvələri Qiblə məscidinə sığınanlara müdaxilə edərək müqəddəs məbədi döyüş meydanına çevirib. Reydlər zamanı Qiblə məscidinə sığınan 200-dən çox şəxs saxlanılıb.

Bahadur Seyidov