Castin Trüdo Finlandiyanın NATO-nun üzvü olmasını alqışladı



 16:14 05.04.2023     285

Kanadanın Baş naziri Castin Trüdo Finlandiyanın NATO-nun 31-ci üzvü olmasını alqışlayıb.

Demedia.az xəbər verir ki, Kanadanın Finlandiyanın Qoşulma Protokolunu ratifikasiya edən ilk ölkə olduğunu xatırladan Trüdo bildirib ki, o, Finlandiya və bütün müttəfiqləri ilə daha yaxından işləməyi səbirsizliklə gözləyir. Trüdo deyib ki, NATO zorakılıq, avtoritarizm və demokratiyaya təhdidlər, o cümlədən Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsi qarşısında “transatlantik sülhün təməl daşıdır”.

Finlandiyanın alyansda iştirakını alqışladığını bildirən Trüdonun sözlərinə görə, Finlandiyanın üzvlüyü NATO-nu daha da gücləndirib.

Bahadur Seyidov