Kosovo və Serbiya razılığa gəldi - Borell



 12:45 06.04.2023     303

“Kosovo və Serbiya Ohrid sazişinin icrasına dair taleyi məlum olmayan şəxslərlə bağlı mətn üzərində razılaşıb”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell belə açıqlama verib. O sosial media hesabındakı yazılı açıqlamasında bildirib ki, Brüsseldə keçirilən görüşdə tərəflər naməlum şəxslərlə bağlı bəyannamənin mətni üzərində razılığa gəlib.Borrell bunu normallaşma yolunda atılan “ilk addım” kimi qiymətləndirib. B

orrell mətnin liderlər tərəfindən təsdiqlənməsi üçün iclas keçirəcəyini bildirib. Borell Serbiya və Kosovonun münasibətləri normallaşdırmaq və sazişə əlavə ilə bağlı öhdəliklər götürdüyünü xatırladıb.

Bahadur Seyidov