Fransada pensiya islahatı ilə bağlı razılıq əldə edilmədi



 14:42 06.04.2023     315

Pensiya islahatına qarşı tətil və nümayişlər təşkil edən həmkarlar ittifaqının nümayəndələri Fransanın baş naziri Elizabet Borne ilə görüşüb.

Demedia.az xəbər verir ki, tərəflər mübahisəli məsələlərin həlli ilə bağlı razılığa gələ bilməyiblər. Bildirilir ki, Parisdə baş nazirlik ofisində bir araya gələn nümayəndələr müxtəlif məsələləri, xüsusilə pensiya islahatlarını müzakirə ediblər. Görüş bir saatdan az davam edib. Həmkarlar ittifaqının nümayəndələri görüşdən sonra bildiriblər ki, onlar baş nazirə pensiya islahatının ədalətsiz olduğunu deyiblər və sənədin  geri çəkilməsindən başqa demokratik çıxış yolu olmadığını bəyan ediblər.

Qeyd edək ki, Fransa hökumətinin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini parlamentdə səsverməyə çıxarmadan qəbul etməsi etirazlara səbəb olub.

Bahadur Seyidov