Bayden süni intellektin yarada biləcəyi təhlükələrə diqqət çəkdi



 15:18 06.04.2023     333

ABŞ Prezidenti Co Bayden süni intellektin yarada biləcəyi təhlükələrə diqqət çəkib.

Demedia.az xəbər verir ki, Bayden bildirib ki, texnologiya şirkətləri süni intellektin yarada biləcəyi təhlükələrə qarşı məsuliyyətli olmalıdır. Bayden Ağ Evdə Elm və Texnologiya Məsləhətçiləri Şurasının nümayəndələri ilə bir araya gələrək, süni intellektin təqdim etdiyi imkanları və mümkün riskləri nəzərdən keçirdiklərini bildirib.

“Texnologiya şirkətləri məhsullarını ictimaiyyətə təqdim etməzdən əvvəl onların təhlükəsiz olduğuna əmin olmalıdırlar və buna görə məsuliyyət daşıyırlar. Sosial media bizə güclü texnologiyaların lazımi tədbirlər olmadan vura biləcəyi zərəri göstərdi" - Bayden deyib.

Bahadur Seyidov