Malayziya Məscidül-Əqsaya edilən basqınla bağlı çağırış etdi



 15:37 06.04.2023     284

Malayziyanın baş naziri Ənvər İbrahim Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti Məscidül-Əqsaya basqın edən İsraili məsuliyyətə cəlb etməyə çağırıb.

Demedia.az xəbər verir ki, o sosial media hesabında yazıb:

“Malayziya beynəlxalq ictimaiyyəti, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını İsraili törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə, həbsdə olan fələstinlilərin dərhal azad edilməsini təmin etməyə çağırır. Beynəlxalq ictimaiyyət İsraili sülh və sabitlik üçün təxribatçı hərəkətlərinə dərhal son qoymağa çağırmalıdır. Malayziya Fələstin xalqı ilə həmrəy olmağa davam edəcək və Qüdsün müsəlmanların müqəddəs yeri olduğunu bir daha təkrarlayır”.

Bahadur Seyidov