Rusiya NATO-ya qarşı tədbirlər görür - Peskov



 16:47 06.04.2023     302

“NATO-nun Rusiya sərhədlərinə doğru hərbi fəaliyyətini artırır. NATO sərhədlərimizə hər yaxınlaşanda təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirləri görürük".

Demedia.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. Peskov NATO-nun baş katibi Yens Stoltenberqin "Rusiya nüvə silahı mövzusunda boş vədlər verir və onun hərəkətləri diqqətlə izlənməlidir" bəyanatına da münasibət bildirib. Onun sözlərinə görə, hərbi infrastrukturu ilə NATO sərhədlərinə yaxınlaşan Rusiya deyil.

Serbiyanın NATO ölkələri ilə keçirdiyi hərbi təlimə də toxunan Peskov, "Serbiyanı Rusiyaya qarşı mövqe nümayiş etdirənlər sırasına çəkmək üçün davamlı cəhdlər edilir. Belqrad dəhşətli və misli görünməmiş təzyiq altındadır" deyə bildirib.

Bahadur Seyidov