Çindən Tayvan liderinin ABŞ-a səfərinə sərt reaksiya



 17:39 06.04.2023     285

Kaliforniyada Tayvan lideri Tsay İnq-ven ilə ABŞ Nümayəndələr Palatasının sədri Makkarti arasında keçirilən görüşə reaksiya verən Çin, adanın ətrafına təyyarədaşıyan gəmi göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın müdafiə naziri Chiu Kuo-Cheng deyib. O bildirib ki, Çinin təyyarə gəmisi Tayvanın şərq sahillərində 200 dəniz mili (370 km) məsafədə üzüb. Məlumata görə, Çin gəmiləri Tayvanın döyüş gəmiləri tərəfindən 5-6 dəniz mili məsafədən izlənilib.

Qeyd edək ki, Çin Tayvan ətrafından keçən gəmilərin yoxlayacağını açıqlayıb. Tayvan isə gəmi kapitanlarından belə bir tələblə qarşılaşdıqda sahil mühafizə qüvvələrini çağırmalarını istəyib.

Bahadur Seyidov