Ukrayna və Polşa çiyin-çiyinə dayansalar, Rusiya Avropaya qalib gələ bilməz - Zelenski



 17:21 06.04.2023     288

“Ukrayna və Polşa çiyin-çiyinə dayansalar, Rusiya Avropaya qalib gələ bilməz.

Demedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski rəsmi səfərə gəldiyi Varşava şəhərinin mərkəzində ictimaiyyətə müraciət edib. O bildirib ki, Polşanın hərbi dəstəyi Ukraynaya çox kömək edir. “Bizim azadlığımız sizin azadlığınızı da gücləndirir” deyən Zelenski, ukraynalılara qonaqpərvər münasibətinə görə Polşa xalqına və dövlətinə təşəkkür edib.

Polşa prezidenti Anjey Duda isə bildirib ki, Rusiyadan tələb olunan onun Ukrayna ərazisindən tamamilə çıxmasıdır. Onun sözlərinə görə, Ukraynanın maraqlarına uyğun olmayan heç bir məsələ danışıqlar mövzusu ola bilməz.

Bahadur Seyidov