Hamiləlikdə hansı qidaları yemək olmaz? / Video
Hamiləliyin elə ilk əlamətləri yarandığı andan qadın öz yeməyinə diqqətli yanaşmalıdır. Beləki, yemək yeyərkən, o, daima gələcək uşağını nəzərə almalıdır. Bu səbəbdən, qidanın tərkibində dölün inkişafı üçün lazım olan vitamin və mineral maddələrin hamısı olmalıdır.
Hamilə olduqlarını öyrəndikdən sonra qadınların çoxsu çəkini artırmamaq üçün pəhriz saxlayır. Bundan başqa, əksər qadınlar yaxşı bilirlər ki, artıq çəki çox vaxt erkən doğuşlara və dölün hipoksiyasına səbəb olur.
Ginekoloq Şəhla Hüseynova hamiləlikdə necə qidalanmaq lazım olduğu barədə videoda ətraflı məlumat verir
Ginekoloq Şəhla Hüseynova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:
Aysun Həsənova / DEMEDİA.AZ