Yaponiya hökuməti Ukraynaya 7,6 milyard dollar yardım ayırır
Yaponiya hökuməti Ukraynaya 7,6 milyard dollar yardım ayırır.
Demedia.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa deyib. O Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşündə bildirib ki, Yaponiya Ukraynaya yardım edilməsi ilə bağlı tədbirlər həyata keçirib. Onun sözlərinə görə, ayrılacaq vəsait Ukraynaya müxtəlif sektorları əhatə edəcək.
Qeyd edək ki, Brüsseldə NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da görüşə dəvət edilib. Toplantı zamanı Ukraynaya dəstək məsələləri müzakirə edilib.
Bahadur Seyidov