HƏMAS-dan İsrailin hücumları barədə açıqlama
HƏMAS İsrailin Qüds və Qəzzaya hücuma görə məsuliyyət daşıdığını və hücumlara cavab verildiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, HƏMAS təşkilatı bununla bağlı yazılı açıqlama verib. Açıqlamada deyilir:
“Biz işğalçı İsraili Qüds və Qəzzəyə qarşı təcavüzdən məsul tuturuq. Qüds və Əqsanı müdafiə etmək üçün xalqımızı və müqavimət qruplarını işğala qarşı açıq qarşıdurmada birləşməyə çağırırıq. İsrailin Qüdsə, Məscidül-Əqsaya qarşı pozuntularını davam etdirməsi və Qəzzaya hücumları İsrailin təhlükəsizliyini təmin etməyəcək. İsrailin Qəzzaya hücumlarına hava hücumundan müdafiə sistemləri və raketlərlə cavab veririk”.
Bahadur Seyidov