Südvəzi kistasının əlamətləri bunlardır - Video



 13:03 07.04.2023     910

Kistalar, süd vəzisi toxumasının içində yaranan maye ilə dolu olan "torba"ladır.

Süd vəzisi kistaları qadınların ən çox 30-40 yaşlar arasında görülür, klimaksdan sonra tamamilə yox olur. Hər aybaşıdan əvvəlki dövrdə, qadın vücudu hamiləliyə hazırlaşır: uşaqlıq və döşlərdə dəyişikliklər ortaya çıxır. Hamiləlik həyata keçmədiyi zaman, aybaşı qanaxması başlayır və döşlərdə genişlənmiş süd vəzisi və kanallar normal vəziyyətinə qayıdır. Süd vəzilərində və kanallarındakı genişlənmələr bəzən qalıcı ola bilir. Onlar fibrokistalardır və hər qadının süd vəzisində rastlana bilən tamamilə zərərsiz kistalardır.

Onkoloq- Mammoloq Cərrah İndira Səfərova südvəzində kista yarandıqda hansı əlamətlər olduğu barədə videoda ətraflı məlumat verir.

Onkoloq- Mammoloq Cərrah İndira Səfərova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ