Fransada irimiqyaslı etiraz aksiyası davam edir



 14:24 07.04.2023     313

Fransada növbəti dəfə irimiqyaslı etiraz aksiyası keçirilib.

Demedia.az xəbər verir ki, on minlərlə nümayişçi Makron administrasiyasının pensiya islahatına etiraz edib. Bir çox şəhərlərdə, xüsusən də Parisdə keçirilən nümayişlərdə gərginlik müşahidə edilib. Fransa Daxili İşlər Nazirliyi ölkə miqyasında keçirilən nümayişlərə 570 min insanın qatıldığını açıqlayıb. Bəzi şəhərlərdə polislə nümayişçilər arasında toqquşmalar olub. Hadisələrdə 154 polis əməkdaşı yaralanıb. Ümumilikdə 111 nəfər saxlanılıb.

Qeyd edək ki, Fransa hökumətinin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini parlamentdə səsverməyə çıxarmadan qəbul etməsi etirazlara səbəb olub.

Bahadur Seyidov