Livan beynəlxalq ictimaiyyətə çağırış etdi



 14:45 07.04.2023     322

Livan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti ölkənin cənub sərhədində gərginliyi azaltmaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Demedia.az xəbər verir ki, nazirliyin məlumatına görə, Livandan İsrailə raketlər atılmasına İsrailin artilleriya atəşi ilə cavab verməsindən sonra Livanın baş naziri Nəcib Mikarti və xarici işlər naziri Abdallah Buhabib ikitərəfli görüş keçirib. Bildirilib ki, Livan ölkənin cənub sərhədində sabitliyi və sülhü qoruyub saxlamaqda qərarlıdır. Bəyanatda beynəlxalq ictimaiyyət İsrailə artan gərginliyi azaltmaq üçün təzyiq göstərməyə çağırılıb.

Açıqlamada deyilir ki, Livan ölkənin cənubunda yerləşən Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri ilə koordinasiyalı fəaliyyətə başlayıb və bölgədə sabitlik və sülhün bərpası üçün lazımi tədbirlər görülür.

Bahadur Seyidov