Rusiya Belarusla təhlükəsizlik sistemini gücləndirməyə davam edəcək - Putin



 15:14 07.04.2023     312

“Rusiya Belarusla təhlükəsizlik sistemini gücləndirməyə davam edəcək”.

Demedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko ilə paytaxt Moskvada Rusiya-Belarus Birləşmiş Dövlət Ali Şurasının iclasında iştirak ediblər. O bildirib ki, Rusiya və Belarus müdafiə, təhlükəsizlik, hərbi texnika sahəsində əməkdaşlığı inkişaf etdirir və bunu davam etdirəcək. Putin, ölkəsinin Belarusun ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayaraq, ikitərəfli ticarət həcminin 2021-ci ildə 35 faiz artaraq 40 milyard dollara, 2022-ci ildə isə 12 faiz artaraq 45 milyard dollara çatdığını deyib.

Lukaşenko isə qeyd edib ki, Qərb ölkələri Rusiya və Belarusu iqtisadi baxımdan mühasirəyə alıb. Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra hərbi sahədə təzyiqlər başlayıb.

Bahadur Seyidov