Sülhməramlı qüvvələr Livan sərhədindəki vəziyyətlə bağlı çağırış etdi



 15:04 07.04.2023     294

Livan-İsrail sərhədində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri sərhəd bölgəsində mövcud vəziyyətin çox təhlükəli olduğu barədə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, Livanın cənubundan İsrailə raket atılması və İsrailin buna cavab verməsindən sonra  sülhməramlı qüvvələrin ofisindən yazılı açıqlama verilib.

"Livanın cənubundan İsrailə raketlər atılıb. İsrail ordusu Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələrinə hava hücumundan müdafiə sistemini aktivləşdirdiyi barədə məlumat verib. Hər iki tərəfin səlahiyyətli şəxsləri ilə əlaqə saxlayırıq. Mövcud vəziyyət çox təhlükəlidir. Tərəfləri eskalasiyadan qaçmağa çağırırıq” - açıqlamada deyilir.

Bahadur Seyidov