Çin ABŞ-a xəbərdarlıq etdi



 15:52 07.04.2023     314

Çin ABŞ-ın Nümayəndələr Palatasının sədri Kevin Makkartinin Tayvan lideri Tsay İnq-venlə görüşünə dair açıqlama verib.

Demedia.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Birləşmiş Ştatlar Çinin xəbərdarlıqlarına və etirazlarına baxmayaraq Tsayın səfərinə və onun Nümayəndələr Palatasının sədri və Konqres üzvləri ilə görüşməsinə icazə verib. Çin bəyan edib ki, ABŞ bununla Tayvan liderinə separatçı fikirlərini ifadə etməsi üçün zəmin yaradıb.

Bildirilib ki, Çini bu səfəri ABŞ ilə Tayvan arasında rəsmi təmas kimi nəzərdən keçirib. Açıqlamaya görə, bu səfər “Vahid Çin” prinsipini və Çin-ABŞ münasibətlərinin əsasını təşkil edən Birgə Bəyannamənin müddəalarını pozur və Çinin suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradır.

Bahadur Seyidov