BMT-nin Təhlükəsizlik Şurasında qapalı iclas keçirildi



 16:43 07.04.2023     327

BMT-nin Təhlükəsizlik Şurasında Yaxın Şərq və Əfqanıstandakı vəziyyətlə bağlı qapalı iclası keçirilib.

Demedia.az xəbər verir ki iclasda hansısa qərar qəbul edilməyib. İsrailin Məscidül-Əqsaya basqınında sonra Çinin və Birləşmiş Ərəb Əmirliklərinin çağırışı ilə toplanan BMT-nin Təhlükəsizlik Şurası müzakirə edilən məsələlər barədə bəyanat yaymayıb.

Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəsi Lana Nuseybe görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, Təhlükəsizlik Şurası müzakirələrlə bağlı açıqlamanın verilməsinə dair qərar qəbul etməyib. Buna baxmayaraq, Lana Nuseybe toplantının faydalı olduğunu qeyd edib. Şura üzvlərinin bölgədə gərginliyin azaldılmasına böyük əhəmiyyət verdiyini qeyd edən Nüseybenin sözlərinə görə, gərginliyin artması heç kimə sərf etmir.

Bahadur Seyidov