Bolotov balzamının faydası - Araşdırma



 11:01 10.04.2023     1348

Sovet akademiki Boris Vasilyeviç Bolotovun özünəməxsus müalicə üsulları var.

O, “Beynəlxalq həkim” dərəcəsi alıb. 90 yaşını keçən Bolotov yaşına görə, olduqca sağlam həyat tərzi keçirir. Bu dəfə akademikin sağlamlıq sirlərindən danışacağam. 

İnsanları həmişə bir sual maraqlandırır: “Yaş artdıqca müxtəlif xəstəliklərin üzə çıxmasının səbəbi nədir?”  Ən birinci cavab budur: “Orqanizm qocalır.” Gerontoloqların fikrincə, insanın qocalma prosesi mədə şirəsi ilə birbaşa əlaqəlidir.  25-30 yaşlarında, təxminən, 10 il ərzində mədə şirəsi  əvvəlkindən iki dəfə çox ifraz edilir.  70 yaşdan sonra isə mədə şirəsinin ifrazedilmə sürəti gəncliyə nisbətən, 3 dəfə azalır. Nəticədə, mədəyə düşən qidalar daha pis həzm olunurlar. Bəzən  qidalar mədədə uzun müddət qalır. Həzm olunmamış qida orqanizmi zəhərləməyə başlayır.  Fikirləşə bilərsiniz: “Problem mədədədirsə, niyə bütün orqanizm təsirə məruz qalır?”  Bilməlisiniz ki, mədə şirəsinin  iş qabiliyyəti bütün orqanizmin sağlamlığına təsir edir. 
Qədim zamanlarda loğmanlar mədə şirəsinin vacib rolundan xəbərdar idilər.  Tibet kitablarında yazılanlarda belə bir inanc var: bütün problemlər mədədən başlayır, müalicə də mədədən keçir.  
Mədə şirəsindəki problemlərin ilki özünü mədə yanması ilə biruzə verir. Sonra mədə xorası, qastrit kimi problemlər meydana çıxır, nəhayət, mədədə  zərərli mikroorqanizmlərin məskən salması mərhələsinə çatır.  Bu cür canlılara misal kimi, helikobakter`ləri göstərmək olar.  Helikobakter`lər mikroelementlərin və digər faydalı maddələrin orqanizmə ötürülməsinə mane olur.  
Akademik Boris Bolotovu  xüsusi balzam hazırlamağa sövq edən səbəblərdən biri məhz budur.  Onun balzamı mədə şirəsinin ifrazını normallaşdırır. Mədə şirəsinin funksiyasının pozulması daxili orqanlarda daşların əmələ gəlməsinə təsir edən faktorlardandır.  Ayrıca, oynaqlar öz hərəkət qabiliyyətini itirir, orqanizmin müxtəlif nahiyələrində qəfildən ağrılar peyda olur,  qanda şəkərin səviyyəsi yüksəlir. Bir sözlə, mədə-bağırsaq traktatının işi pozulur.  Təbii ki, immun sistemi də bundan öz payını götürür; zəifləyir.  İmmunitetin zəifləməsi insanın bütün orqanizminə, dolayısı ilə, bütün həyatına təsirsiz ötüşmür. İnsan tez-tez  xəstələnir, həmişə özünü yorğun  hiss edir. Paralel olaraq, bədən sürətlə qocalır.  
Qanda oksigen lazımi qədər olduqda, qan dövranı yaxşı işləyir.  Ardınca damarlar təmizlənir, arterial təzyiq nizamlanır. Həmçinin, bütün daxili orqanların işi yaxşılaşır. 
Bolotovun balzamının əsasını xlorid turşusu təşkil edir.  Bundan əlavə, balzamın tərkibində kəhrəba turşusu və piruvik turşusu da var. Hər iki turşu orqanizmə güc və enerji verir. Sulfat turşusu isə  damarların və oynaqların sağlamlığını dəstəkləyir. 
Aparılan tədqiqatlar göstərib ki, Bolotov balzamı qanı təmizləyir və qan dövranını ideal vəziyyətə gətirir.  Balzamın qəbul müddəti və dozası insanın durumuna görə dəyişir.  Yəni, insanın hansı problemin həllinə çalışdığı  nəzərə alınır, sonra doza və prosedur müddəti təyin edilir. 
Ümumi sxem isə belədir: 
Müalicə müddəti-2 ay 
Gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı olmaqla balzamdan qəbul etmək. 
Balzamı 100, bəzən 200 ml təmiz suya qatmaq. 
Ya yemək vaxtı, ya da yeməkdən həmən sonra qəbul etmək. 

Bolotov balzamının orqanizmdə gördüyü işlər: 
Turşu-qələvi balansını normallaşdırır; 
Mədə-bağırsaq traktatının işini normallaşdırır: mədə düzgün işləməyə başlayır, qəbul edilən qida lazımi səviyyədə mənimsənilir, orqanizm ehtiyac duyduğu bütün mineralları və elementləri ala bilir. Balzamın faydalarını bir neçə gün ərzində hiss etmək mümkündür; 
Həzm olunmamış duzlar orqanizmdən xaric edilir. Bu da damarların təmizlənməsi, qanın durulması, daşların əriməsi, daxili orqanların detoksu və oynaqların işinin bərpası deməkdir;
Proseslər paralel şəkildə baş verdiyindən, bütün orqanizm  yaxşılığa doğru irəliləyir.  Orqanizmdə bütün işlər normallaşır: arterial təzyiq normallaşır, qanda şəkərin səviyyəsi nizamlanır, maddələr mübadiləsi normallaşır və s.; 

Boris Bolotov öz balzamı haqqında deyir: “Bu balzamı ona görə hazırladım ki, insanlar öz sağlamlıqlarının qayğısına qalsınlar.  30 yaşdan sonra bütün insanların bu balzamdan istifadə etməsi məsləhətdir.  Çünki yaş artdıqca mədə turşusunda problemlər artır. Bu balzamın qəbulu uzun və sağlam ömürün zəmanətidir".

Bahadur Seyidov / Demedia.az