Qətər İsrail polisinin Məscidül-Əqsa məscidinə basqın etməsinə etiraz etdi
Qətər İsrail polisinin Məscidül-Əqsa məscidinə basqın etməsinə etiraz edib.
Demedia.az xəbər verir ki, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani bildirib ki, İsrailin Məscidül-Əqsada ibadət edənlərə hücumu qəbuledilməzdir. Əl-Saninin sözlərinə görə, İsrailin Məscidül-Əqsaya hücumları, bu hücumları normallaşdırması və Məscidül-Əqsanın tarixi və hüquqi statusunu dəyişdirmək cəhdi qəbuledilməzdir.
"Beynəlxalq ictimaiyyət Fələstin xalqının hüquqlarını qorumaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir", - Əl Sani yazılı açıqlamasında bildirib.
Bahadur Seyidov