İran Fars körfəzində 4 gəminin ələ keçirildiyini açıqladı



 12:52 10.04.2023     310

İran Fars körfəzində 4 gəminin ələ keçirildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə İran Ədliyyəsinə bağlı Mizan xəbər agentliyi məlumat verib. Bildirilib ki, gəmilər qaçaq yanacaq daşıdığı üçün saxlanılıblar. Onların göyərtəsində 270 min litrdən çox yanacaq olub.

Hörmüzgan Ədliyyə İdarəsinin rəhbəri Mücteba Kahramani ələ keçirilən gəmilərlə bağlı açıqlama verib. O bildirib ki, gəmilər Fars körfəzininin İrana məxsus ərazi sularında saxlanılıb. Onun sözlərinə görə, qaçaqmalçılar məharətlə çənləri gəmilərin gövdə və divarlarına yerləşdirib və bu çənlərdə qaçaqmalçılıq yolu ilə yanacaq daşıyıblar.

Bahadur Seyidov