ABŞ Yaxın Şərqə “Tomaqavk” raketi daşıya bilən sualtı qayıq yerləşdirdi



 14:58 10.04.2023     338

ABŞ Yaxın Şərqə 154 “Tomaqavk” raketi daşıya bilən sualtı qayıq yerləşdirib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Bəhreyndəki 5-ci Donanmasının sözçüsü Timoti Hokins açıqlama verib. O bildirib ki, Corciya ştatından üzən sualtı qayıq artıq regiona çatıb. Donanma sözçüsü sualtı qayığın missiyası ilə bağlı təfərrüatları açıqlamayıb.

“Sualtı qayıq 154-ə qədər “Tomahawk” qanadlı raketi daşımağa qadirdir və regional dəniz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün 5-ci Donanmada yerləşdirilib”, - Hokins bildirib.

Qeyd edək ki, gəmilərdən və ya sualtı qayıqlardan buraxılan “Tomahawk” qanadlı raketləri 2500 kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Raketlər ABŞ-ın 2003-cü ildə İraqa və 2018-ci ildə Suriyaya müdaxiləsində istifadə edilib.

Bahadur Seyidov