Filippin Çin etirazlarına reaksiya verdi



 16:03 10.04.2023     389

“Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi ilə bağlı ABŞ hərbçilərinin yerləşdirilməsi üçün elan edilən 4 yeni baza ilə bağlı narahatlıqlar əsassızdır”.

Demedia.az xəbər verir ki, Filippin Prezidenti Ferdinand Markos belə deyib. Markos Çinin ABŞ qoşunlarının yerləşdirilməsi üçün girişə icazə verilən 4 yeni baza ilə bağlı narahatlığına dair açıqlamalar verib. O bildirib ki, bu bazalardan hücum üçün istifadə edilməyəcək. "Əgər onlar bizə hücum etməyəcəklərsə, onda bizim onlara hücum edəcəyimizdən narahat olmaq üçün heç bir səbəb yoxdur. Bizim gördüyümüz iş sadəcə olaraq respublikamızı, torpaqlarımızı qorumaqdır” - Markos deyib.

Qeyd edək ki, yeni razılaşmadan sonra ABŞ-ın Filippində çıxışı olan bazaların sayı 9-a çatıb.

Bahadur Seyidov