Rusiya Belarusu öz torpağı kimi qoruyacaq - Lukaşenko
“Rusiya Federasiyası Belarusu öz torpağı kimi qoruyacaq”.
Demedia.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko belə deyib. Minskdə Lukaşenko Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən Lukeşaneko ötən həftə Rusiya prezidenti Vladimir Putinlə görüşünün detallarına diqqət çəkib.
“Putinlə görüşümüzdə onun və ekspertlərin Belarusa gələcəyini, Belarusda təhlükəsizlik məsələlərini müzakirə edəcəyimiz barədə razılığa gəldik. Danışıqlarda ümumi şəkildə razılaşdırılıb ki, Belarusa hücum olarsa, Rusiya Federasiyası Belarusu öz ərazisi kimi qoruyacaq. Bunlar bizə lazım olan təhlükəsizlik öhdəlikləridir" - Lukaşenko deyib.
Bahadur Seyidov