Səudiyyə Ərəbistanı illə azılaşma regionda müsbət atmosfer yaradıb - İran XİN



 16:45 10.04.2023     320

“Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpasına dair əldə olunan razılaşma regionda müsbət atmosfer yaradıb”.

Demedia.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani belə deyib. O bildirib ki, tərəflər qarşılıqlı olaraq baş konsulluğun yenidən açılması üzərində işləyir. İrandan nümayəndə heyətinin də Səudiyyə Ərəbistanına gedəcəyini deyən Kenani qeyd edib ki, sözügedən nümayəndə heyəti səfirlik, baş konsulluq və İslam Əməkdaşlıq Təşkilatındakı təmsilçiliyin bərpası ilə bağlı danışıqlar aparacaq.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı əlaqələri bərpa edib.

Bahadur Seyidov