Səudiyyə Ərəbistanında nə baş verir? - Vəziyyət tam dəyişir



 20:34 10.04.2023     577

Səudiyyə Ərəbistanında tarixə düşəcək bir gün var. Ölkənin bir çox şəhərləri, o cümlədən paytaxt Ər-Riyad və Məkkə güclü fırtına və yağışın təsiri altındadır.

Demedia.az xəbər verir ki, səhra istiləri ilə tanınan Səudiyyə Ərəbistanı günə tufanla başlayıb. Ölkənin bir çox yerində yağış, dolu və arabir yağan qarın təsiri davam edərkən, bölgədən qeyri-adi fotolar təqdim olunub.

ƏL-BƏHA
Son bir neçə saat ərzində Əl-Bəha şəhərində fırtınalı hava şəraiti davam edir. Əraziyə güclü yağış yağıb və ekipajlar yolları təmizləmək üçün çox çalışıblar. Səlahiyyətlilər şəhərdə polis və tibb qruplarının sayını artırıb və vətəndaşları nəqliyyatda hərəkətdə olarkən lazımi tədbirlər görmələri barədə xəbərdarlıq edib.

ƏL-HƏDA
Əl-Hədə sakinləri bazar ertəsi güclü yağışa oyanaraq küçələrə axışıblar. Səudiyyə Ərəbistanında nadir sayılan təbii hadisə zamanı çoxlu insan fotosessiyaya çəkilib.

RİAD
Paytaxt Ər-Riyadda yaşayan insanlar gündüzə bənzəyən mənzərəyə oyanıblar. Səhər saatlarında təsirini davam etdirən yağış bir müddət fasilədən sonra yenidən başlayıb. Kameraya əks olunan görüntülərin bəzi yerlərində drenaj borularının daşdığı görülüb. Hazırda Ər-Riyadda havanın temperaturu 30 dərəcədir.

Məkkə bölgəsi orta və leysan yağışların təsirinə məruz qalıb. Bu, Milli Meteorologiya Mərkəzinin bu səhər bir saat ərzində ərazi üçün 5 xəbərdarlıq etməsinə səbəb olub.

Səlahiyyətlilər əraziyə duman, dolu və güclü yağışa qarşı xəbərdarlıq edib. Bundan əlavə, nəqliyyata daxil olacaq şəxslərə görünmə məsafəsi barədə məlumat verilib.

KƏBƏDƏ SON VƏZİYYƏT
Səudiyyə rəsmiləri tərəfindən verilən məlumatda Kəbənin yerləşdiyi bölgədə mülayim leysan yağışların davam etdiyi, ancaq namaz qılmaq üçün bölgəyə gələnlərin heç bir problemlə qarşılaşmayacağı yazılıb. Məkkədə yağışların günorta saat 14.00-a qədər davam edəcəyi bildirilir.

Aysun / Demedia.az