Fransa Ukrayna məsələsində vasitəçi roluna iddia edə bilməz - Peskov
“Fransa Ukrayna məsələsində vasitəçi roluna iddia edə bilməz. Paris Ukrayna müharibəsində dolayı və birbaşa iştirak edir”.
Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə deyib. O bildirib ki, müharibədə iştirak edən ölkənin danışıqlarda neytral olacağını gözləmək olmaz. Fransanın Rusiya ilə Ukrayna arasında vasitəçilik cəhdlərini dəyərləndirən Peskov bildirib ki, Paris münaqişədə tərəf tutduğu üçün vasitəçi roluna iddia edə bilməz.
Peskov bəyan edib ki, bu səbəbdən Fransanın vasitəçi rolunu nəzərdən keçirmək çətindir.
Bahadur Seyidov