Yeni Zelandiyada iki tornado fəsadlara səbəb oldu



 17:45 10.04.2023     283

Yeni Zelandiyanın bəzi bölgələrində təsirli olan iki tornado fəsadlara səbəb olub.

Demedia.az xəbər verir ki, təbii fəlakət zamanı 50 evə ziyan dəyib. Yerli mətbuatın məlumatına görə, Yeni Zelandiyanın Tasman və Şərqi Oklend bölgələrində 16 saat ara ilə 2 tornado baş verib. Meteorologiya Xidmətinin məlumatına görə, tornado ətafa ziyan verib. Tornadodan sonra ölkənin əksər hissəsi, xüsusilə Şimal adaları üçün güclü leysan xəbərdarlığı edilib.

Ölkənin cənubundakı Nelson və Taranaki istirahət yerləri üçün yağışla bağlı "narıncı" xəbərdarlıq edilib.

Bahadur Seyidov