Podaqra necə müalicə edilir? - Video



 16:56 10.04.2023     733

Podaqra – sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn bir xəstəlikdir. Adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir. Bu xəstəlik cinsindən asılı olmayaraq hər kəsdə inkişaf edə bilər. Ən çox orta yaşı keçmiş insanlarda qeydə alınır.

Orqanizmdə podaqraya səbəb olan maddələr mübadiləsi problemi mövcud olduğu halda bütün oynaqlar podaqra hədəfinə çevrilir. Oynaqların birində çox, digərində isə nisbətən az miqdarda sidikturşulu duzlar toplanır.

Professor Nadir Hüseynov Revmatoloq Podaqranın necə müalicə edildiyi barədə videoda ətraflı məlumat verir

Professor Nadir Hüseynov Revmatoloq kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ