Sudan Çadla sərhəddə fövqəladə vəziyyət elan etdi



 11:57 11.04.2023     326

Sudanın qərbində yerləşən Qərbi Darfur valiliyi təhlükəsizlik məqsədilə fövqəladə vəziyyət elan edib.

Demedia.az xəbər verir ki, bu barədə Sudanın rəsmi xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, qubernator Hamis Abdullah Abbekerin başçılıq etdiyi dövlət təhlükəsizlik komitəsi sərhəddə yaşanan təhlükəsizlik problemləri səbəbindən əyalətdə fövqəladə vəziyyət elan edib. Çad ilə sərhəddə problemlərin olduğu qeyd edilib. Yerli KİV-in məlumatına görə, qəbilələr arasında gərginlik Qərbi Darfur əyalətində iki nəfərin müəmmalı şəkildə öldürülməsindən sonra başlayıb.

Birləşmiş Millətlər Təşkilatı Qərbi və Cənubi Darfur əyalətlərində qəbilələr arasında baş verən münaqişələrdə 117 mindən çox insanın didərgin düşdüyünü, 3500 nəfərin isə Çada sığındığını açıqlayıb.

Bahadur Seyidov