Uşaqlarda qızdırma zamanı nə etmək lazımdır? / Video



 12:04 11.04.2023     925

Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin onun öhdəsindən yaxşı gəldiyini göstərir.

Hərarət orqanizmin xəstəliyə qarşı reaksiyasıdır və immunitetin sağlam olmasına göstərir. Bu səbəbdən qorxu hissi keçirmək lazım deyil. Lakin onun süni şəkildə salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir, ona görə də ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38 dərəcəni keçmədikdə dərman verməyə ehtiyac yoxdur. Qızdırmanı salmaq üçün daha təsirli təbii üsullar var.

Pediatr-İnfeksionist Aytən Ziyadova uşaqlarda qızdırma zaman nə etmək lazım olduğu barədə videoda ətraflı məlumat verir.

Dr. Aytən Ziyadova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Aysun Həsənova / DEMEDİA.AZ