Yaponiya Çinin hərbi fəaliyyətinə etiraz etdi



 12:45 11.04.2023     303

Yaponiya hökuməti ölkənin milli ərazi suları ətrafında artan hərbi fəaliyyətlərlə bağlı Çinə narahatlığını bildirib.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi bəyanat verib. Bildirilib ki, iki ölkənin Xarici İşlər və Müdafiə Nazirliyinin rəsmiləri Tokioda yüksək səviyyəli hərtərəfli məsləhətləşmə görüşü keçiriblər. 2019-cu ilin may ayından sonra ilk dəfə keçirilən üzbəüz məsləhətləşmə toplantısında Yaponiya Çinin hərbi fəaliyyətini artırması ilə bağlı dərin narahatlığını bildirib.

Tayvan ətrafında sülh və sabitliyin vacibliyini vurğulayan Yaponiya, Çinin regiondakı təktərəfli fəaliyyətləri ilə narahatlığını dilə gətirib. Yüksək səviyyəli rabitənin saxlanmasına razılıq verən iki ölkənin rəsmiləri Yaponiya-Çin müdafiə qurumları arasında yaradılmış fövqəladə hallar xəttinin istifadəyə veriləcəyini qeyd ediblər.

Bahadur Seyidov