Çin Tayvan ətrafında hərbi fəaliyyətini davam etdirir



 14:25 11.04.2023     299

Çin Tayvan ətrafında hərbi fəaliyyətini davam etdirir.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, ada ətrafında Çinə aid 91 hərbi təyyarə və 12 döyüş gəmisi müşahidə edilib. Nazirliyin açıqlamasına görə, 91 təyyarədən 54-ü Tayvanın müdafiə zonasına daxil olub. Məlumata görə, Tayvanın patrul təyyarələri və müdafiə sistemləri ilə Çinin hərbi fəaliyyətini izləyib.

Qeyd edək ki, Tayvan lideri Tsay İnq-venin ABŞ-a səfəri regionda vəziyyəti gərginləşdirib. Çin Tayvan ətrafında hərbi təlimlərə başladığını elan edib.

Bahadur Seyidov