ABŞ və Filippin indiyə qədərki ən böyük birgə hərbi təlimlərə başladı



 14:28 11.04.2023     323

Çinin Tayvan ətrafında genişmiqyaslı təlimlərindən sonra ABŞ və Filippin indiyə qədərki ən böyük birgə hərbi təlimlərə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Filippinin rəsmi mənbələri məlumat verib. Bildirilib ki, 18000 əsgərin iştirak etdiyi "Balitakan" (çiyin-çiyinə) təlimi Cənubi Çin dənizində başlayıb. Təlim zamanı döyüş mərmilərindən istifadə olunacağı bildirilib. Sözügedən təlim Çinin Tayvanın blokadasını imitasiya edən 3 günlük təliminin bitməsindən sonra başlayıb.

Təlimlər həmçinin Tayvanın təxminən 300 kilometrliyində yerləşən ada bölgəsinə hərbi vertolyotların enməsini də əhatə edir. Təlim ilk dəfə prezident Ferdinand Markosun nəzarəti altında keçirilir.

Bahadur Seyidov