Braziliyada təbii fəlakət fəsadlara səbəb oldu



 14:58 11.04.2023     305

Braziliyanın şimalında leysan yağışlarının səbəb olduğu daşqınlarda 6 nəfər həyatını itirib, minlərlə insan evsiz qalıb.

Demedia.az xəbər verir ki, Maranha əyalətinin 64 şəhərində fövqəladə vəziyyət elan edilib. Daşqınlar səbəbindən 7700 ailə evsiz qalıb, 35 mindən çox insan təxliyə edilib. Təbii fəlakət bölgəsindəki Trizidela do Vale şəhərini havadan izləyən prezident Luiz İnasio Lula da Silva yerli hakimiyyət orqanlarından məlumat alıb. Lula da Silva daha sonra seldən ən çox zərər çəkən ərazilərdə fəlakətin fəsadları ilə tanış olub, vətəndaşlarla görüşüb.

Qeyd edək ki,  Braziliyanın San-Paulu ştatında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 65 nəfər ölüb, 2000-dən çox insan evsiz qalıb.

Bahadur Seyidov