Kim Çen In ölkənin nüvə potensialının artırılmasını əmr etdi



 15:09 11.04.2023     320

Şimali Koreya lideri Kim Çen In hərbi heyətlə görüşündə ölkənin nüvə potensialının tez və praktiki şəkildə genişləndirilməsinin vacibliyini bildirib.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat verib. Bildirilib ki, Kim Çen In rəqib ölkələrin hərbi təlimləri ilə bağlı Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyası ilə görüş keçirib. Məlumata görə, Kim Çen In Komissiya üzvləri ilə ölkəsinin müharibəyə hazırlığını müzakirə edib və nüvə potensialını artırmalı olduqlarını deyib.

Qeyd edək ki, Şimali Koreyanın raket sınaqlarından sonra regionda gərginlik artıb. ABŞ region ölkələri ilə birgə təlimlər keçirir.

Bahadur Seyidov