Bitkoinin qiyməti 30 min dolları ötdü



 15:29 11.04.2023     320

ABŞ Federal Ehtiyat Sisteminin bank böhranı səbəbiylə faiz artımını dayandıracağı ilə mesajlardan sonra bitkoinin qiyməti 30 min dolları ötüb.

Demedia.az xəbər verir ki, bu son 10 ay ərzində bitkoinin ən yüksək qiymətidir. “Coinmarketcap” analitik şirkətinin məlumatına görə, qlobal kriptovalyuta bazarının, o cümlədən bitkoinin dəyəri 24 saat ərzində təxminən 5 faiz artaraq 1,24 trilyon dolları ötüb. Bununla da, bitkoinin son 7 gündə dəyər artımı 8 faizə yaxınlaşıb.

Qeyd edək ki, bitkoinin qiyməti ötən il ucuzlaşmışdı. 2021-ci ilin noyabr ayında isə qiyməti 68990 dollara çatan bitkoin rekord qırıb.

Bahadur Seyidov