Ukraynadan Avropa ölkələrinə qaçqın axını davam edir



 15:42 11.04.2023     400

Ukraynadakı müharibə səbəbilə ölkədən Avropa ölkələrinə qaçqın axını davam edir.

Demedia.az xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana ölkəyə intensiv miqrasiya axını var. Sərhəd Mühafizəsinin sosial media hesabında qeyd edilib ki, təkcə ötən gün Ukraynadan ölkəyə 20 min nəfər daxil olub. Bununla da, müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyonu keçib. Polşanı tərk edən ukraynalıların ümumi sayının isə 9 milyon 259 min nəfər olduğu qeyd edilib.

Polşanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 87 faizi qadın və uşaqlardır.

Bahadur Seyidov