172 sakini olan kənddə ŞOK: Canavarlar hücum etdi



 18:31 11.04.2023     604

Türkiyədə Ərzurumun Tortum mahalının Kireçli Məhəlləsi çölünə gələn canavar 1-i ağır olmaqla 4 nəfəri yaralayıb.

Demedia.az xəbər verir ki, laboratoriya analizləri zamanı canavarın quduz olduğu müəyyən edilib. Karantində olan məhəlləyə heyvanların girişi və çıxışı qadağandır.

Hadisə ötən gün saat 09:00 radələrində Ərzurumun Tortum mahalına bağlı 172 əhalinin yaşadığı Kireçli kənd məhəlləsində baş verib. Heyvanlarını yemləmək üçün evindən tövləyə gedən 6 uşaq anası Destegül Uğurlu (52) çöldə olarkən canavarla qarşılaşıb. Hücum edən canavar Destegül Uğurlunun çənəsini dişləyərək ağır yaralayıb. Canavarla dəqiqələrlə mübarizə aparan Uğurlunun imdad fəryadına kənd sakinləri qaçıb. Kurt daha sonra kənddə daha 3 nəfərə hücum edərək müxtəlif yerlərindən yaralayıb.

Canavarı itləri ilə qovalayan kənd sakinləri mağarada sıxışdırdıqları canavarı ov tüfəngi ilə vuraraq öldürüblər. Hadisədən xəbər tutan jandarma qrupları da kəndə gəlib. Canavarın hücumundan yüngül xəsarətlərlə xilas olan İlhami Akbulut və Vediye Kırmızıaslan Tortum Dövlət Xəstəxanasında müalicə olunduqdan sonra evə buraxılıblar. Çənəsindən ağır yaralanan Destegül Uğurlu və ayağından dişlənən Serdar Aydınlı Ərzuruma gətirilib. Serdar Aydınlı Ərzurum Şəhər Xəstəxanasının təcili xidmətində, Destegül Uğurlu isə Atatürk Universiteti Araşdırma Xəstəxanasının Üz-çənə Cərrahiyyəsi Klinikasında müalicəsinin ardından evə buraxılıb. Quduzluq şübhəsi ilə canavar başı Ərzurum Baytarlıq Araşdırma İnstitutuna göndərilib. Canavar tərəfindən yaralanan 4 nəfər və bütün pişik və itlər peyvənd edilib.

Aysun / Demedia.az