Myanma ordusunun hücumu zaman azı 100 nəfər həlak oldu



 11:05 12.04.2023     361

Myanma ordusunun hərbi idarəetmə əleyhdarlarının bir araya gəldiyi qəsəbəyə təşkil etdiyi hava hücumunda azı 100 nəfərin həyatını itirdiyi iddia edilib.

Demedia.az xəbər verir ki, ordu Saqainq bölgəsindəki Pa Zi Gyi qəsəbəsində müxalifətin də olduğu təxminən 150 nəfərin qatıldığı tədbirə hava hücumu təşkil edib. Hava hücumu zamanı 15-i qadın olmaqla azı 100 nəfərin həyatını itirdiyi bildirilib. İddialara görə, əvvəlcə döyüş təyyarələri ərazini bombalayıb. Daha sonra ərazi helikopterlərlə atəşə tutulub.

Qeyd edək ki, Pa Zi Gyi qəsəbəsində “Xalq Müdafiə Qüvvələri”nin ofisinin açılışına çox sayda insan toplaşıb. Hücum bundan sonra təşkil edilib. Myanmada hərbi çevrilişdən sonra hakimiyyəti ordu təmsil edir.

Bahadur Seyidov